“Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi çərçivəsində seminar keçirilib
“Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi çərçivəsində təlimçilər üçün onlayn seminar keçirilib.
Seminarda “Delta-Tech” Koreya şirkətinin baş icraçı direktoru Seung Ho Linin açıq innovasiyaya (open innovation) dair mühazirəsi dinlənilib. Mühazirə zamanı biznesin inkişafı, texniki əməkdaşlıq, birgə vençur və lisenziyalaşdırma mövzuları üzrə məlumatlar təqdim edilib, müzakirələr aparılıb.
Bakı Mühəndislik Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Memarlıq və İnşaat Universiteti, Yüksək Texnologiyalar Parkı, Qərbi Kaspi Universiteti, Odlar Yurdu Universiteti, INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi, SPM İnnovasiya Mərkəzi, İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Mərkəzi Bankı və “Azerconnect” şirkətinin əməkdaşlarının iştirak etdiyi təlim 4 həftə ərzində davam edəcək.
Proqramı uğurlar bitirən iştirakçılara sertifikatlar veriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.edu.gov.az saytına istinad zəruridir.