AMEA Yüksək Texnologiyalar Parkında abadlıq və yenidənqurma işləri aparılır
İnsanların sağlam təbii şəraitdə yaşamasını yüksək səviyyədə təmin etmək Azərbaycanda reallaşdırılan milli inkişaf strategiyasının prioritet sahələrindən biridir. Azərbaycan dövləti bu məsələyə həmişə xüsusi diqqətlə yanaşır, ətraf mühitin qorunması, bir sözlə, sağlam həyatın təmin olunması sahəsində təşəbbüskarlıq nümayiş etdirərək davamlı işlər görür.
Ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin olunmasında hər bir vətəndaş yaxından iştirak etməlidir. Bu istiqamətdə AMEA Yüksək Texnologiyalar Parkında abadlıq və yenidənqurma işləri aparılıb.
Belə ki, abadlıq-quruculuq işləri çərçivəsində ərazidə təmizlik işləri aparılıb, yol kənarı bardürlər ağardılıb və yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, YT Parkda mütəmadi olaraq iməcliklərin keçirilməsi planlaşdırılır.