AMEA Yüksək Texnologiyalar Parkında tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilir
AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) pandemiya dövründə işçilərin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilir. Belə ki, YT Parkın nəzarət-buraxılış məntəqəsi, ərazisi, inzibati binanın otaqları, dəhlizlər, istehsal sahələri, laboratoriya və sanitar qovşaqlar dezinfeksiya olunub.
YT Parkda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına və tövsiyələrinə ciddi şəkildə əməl olunur. Belə ki, işçilər yalnız tibbi maska ilə müəssisəyə buraxılır, sosial məsafə gözlənilir və şəxsi gigiyena qaydalarına ciddi nəzarət olunur.
Qeyd edək ki, koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması və müəssisə işçilərinin sağlamlığının qorunması məqsədilə mütəmadi olaraq sanitar-dezinfeksiya və digər qabaqlayıcı işlərin həyata keçirilməsi nəzərdə tutulub.