Cənubi Koreya ordusu süni intellektlə təchiz olunacaq

      Koreya Respublikasının Müdafiə Nazirliyi ölkədə hərbi məqsədlər üçün ən yeni texnologiyaların inkişafı ilə məşğul olacaq elmi-tədqiqat institutunun yaradılacağını açıqlayıb.
      Süni İntellektin Tədqiqi və İnkişafı Mərkəzinin fəaliyyət istiqamətlərindən biri döyüş meydanında süni intellektin tətbiqi olacaq.
      Briqada generalı Kim Yen Samın rəhbərlik etdiyi mərkəzdə təxminən 50 hərbi və mülki mütəxəssis fəaliyyət göstərəcək. Mərkəz yaxın vaxtlarda birgə tədqiqat və işləmələrin aparılması məqsədilə Cənubi Koreyanın ali məktəb və elmi-tədqiqat institutları ilə əlaqələr qurmaq niyyətindədir.