İsrail kosmosda raketlərin tutulması üçün yeni raketdən müdafiə sisteminin sınaqlarını başa çatdırıb

İsrail Müdafiə Nazirliyi, Birləşmiş Ştatların Ballistik Raket Müdafiə Agentliyi ilə birlikdə atmosfer xaricində ballistik raketləri tutmaq üçün hazırlanan Hets-3 raketini uğurla sınaqdan keçirib. Testlər Alyaskada ABŞ hərbçiləri ilə birlikdə aparılıb. Bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.