Patentin adı: Yağışyağdırma qurğusu

Alınma tarixi: 1 avqust 2016 

Nömrəsi:
İ 20160083

Qısa məzmunu: Azərbaycanın çətin coğrafi relyefi, mürəkkəb təbii-iqlim şəraiti müxtəlif torpaq tipləri və hidroqrafik şəraitində müxtəlif bitkilər altında rayonlaşdırılmış dağ əkinçiliyi ərazilərində dayanıqlı və optimal suvarma rejimində yüksək lillik hədli suvarma suyu ilə qida elementlərinin bitkinin tələbatına uyğun norma və nisbətdə vermək qabiliyyətinə malik kifayət qədər məhsuldar və ekoloji cəhətdən təhlükəsiz qurğudur. Mütərəqqi suvarma sisteminin əsas təchiz elementi olub, tam avtomatlaşmaya əl verən tətbiqi sayəsində düzgün suvarma sisteminə əməl olunur. Bu da şorlaşmış, şorəkətləşmiş və eroziyaya uğramış torpaqların əkinə yararlılıq xüsusiyyətlərinin yaxşılaşdırılması, ətraf mühitin qorunması ilə suvarma suyuna 3-4 dəfə qənaətinə, bitki məhsuldarlığının 38-50%-dək artırılmasına imkan yaradır.

Müəlliflər: Əliyev Zakir Hüseyn oğlu, Əliyev Bəhram Hüseyn oğlu.