Patentin adı: Elektrokatalitik aktivliyə malik olan nazik Ni-Mo təbəqələrinin alınması üçün elektrolit
Nəşr ili: 2019
Nömrəsi: İ 2020 0065
Qısa məzmunu: İxtira, elektrokatalitik aktivliyə malik, suyun parçalanması reaksiyasında platini əvəz edən, ucuz başa gələn Ni-Mo elektrokatalizatorlarının nazik təbəqə şəklində alınması üçün elektrolitin seçilməsinə aiddir. Alınan Ni-Mo ərintilərinin elektrokatalitik aktivliyi həm təmiz nikel həm də platin elektrodunun aktivliyindən artıqdır. Ni-Mo elektrodunun elektroaktivliyi platin elektrodunun aktivliyindən 100 dəfə artıqdır.
Müəlliflər: Ü.M.Qurbanova, R.H.Hüseynova, Z.H. Həsənli, A.Ş.Əliyev, D.B.Tağıyev.