Patentin adı: Suyun və torpağın səthindən neft və neft məhsulları yığılması üçün sorbent

Alınma tarixi: 2015

Nömrəsi:
İ 2015 0058

Qısa məzmunu: İxtira ətraf mühitin mühafizəsi sahəsində,xüsusilə neftlə çirklənmənin təmizlənməsi üçün polimer sorbentlərin işlənib hazırlanmasına aiddir və su, torpaq səthinin neft və neft məhsullarından təmizlənməsi  üçün istifadə oluna bilər.İxtiranın məqsədi neft və neft məhsullarının udulmasının sorbsiya həcminin artmasını,sorbentin sonrakı regenerasiyası ilə ona hidrofobluq və üzmə qabiliyyətinin verilməsini təmin edən,eləcə də tətbiq olunmada konstruktiv cəhətdən asan olan neft və neft məhsullarının suyun səthindən təmizlənməsi üçün sorbentin işlənib hazırlanmasıdır.

Müəlliflər: Hacıyeva Reyhan Şahmərdan qızı, Qəhrəmanov Nəcəf Tofiq oğlu.