Yüksək Texnologiyalar Parkı MMC:
1. Mənfəət vergisi – parklarının infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəs;
2. Əlavə Dəyər vergisi – parkların infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı (müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında);
3. Əmlak vergisi – parkların ərazisində yerləşən əmlaklarına görə;
4. Torpaq vergisi – parkların ərazisində istifadə etdiyi torpaqlara görə;
5. Gömrük rüsümü – parkların infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı (müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında).
Rezident – qeydiyyata alındığı tarixdən 7 il müddətinə:
1. Gəlir vergisi – hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs parkdakı fəaliyyətdən əldə etdiyi gəlir (əmək haqqından tutulan gəlir vergisi istisna olmaqla)
2. Mənfəət vergisi – parkdakı fəaliyyətdən əldə etdikləri gəlir;
3. Əlavə Dəyər vergisi – parkda istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı (müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında);
4. Əmlak vergisi – parkda olan əmlakına görə;
5. Torpaq vergisi – parkda istifadə etdikləri torpaqlara görə;
6. Gömrük rüsümü – istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı (müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında).