AMEA Yüksək Texnologiyalar Parkı rezidentliyinə müraciət

Ərizə formasını aşağıdakı endirmə düyməsindən yükləyin. Yüklədiyiniz (.doc) faylını düzgün şəkildə doldurun. Hazır olan ərizə formasını şəxsi email ünvanınızdan   office@ameaytp.az ünvanına göndərin və ya aşağıdakı xanaları doldurun. Göndərilən müraciətinizə 2 iş günü ərzində baxılaraq,  Sizə məlumat veriləcəkdir.

AMEA Yüksək Texnologiyalar Parkı rezidentliyinə müraciət

İnnovativ layihəniz haqqında yazın.

Qeyd: İnnovasiya – innovasiya fəaliyyəti nəticəsində yeni yaradılmış və ya təkmilləşdirilmiş məhsul (mal, iş, xidmət), texnoloji proses, həmçinin ictimai münasibətlərin müxtəlif sahələrində (təşkilati-texniki, maliyyə-iqtisadi və digər sahələrdə) tətbiq edilən yeniliklərdir. İnnovasiyalar iki cür olur: təməl və təkmilləşdirmə innovasiyası. İnnovasiya layihəsi – iqtisadi və ya sosial səmərə əldə etmək məqsədi ilə yaradılacaq və ya təkmilləşdiriləcək rəqabət qabiliyyətli innovasiyanin texniki və istehlak xüsusiyyətlərinə dair tələblər, istehsalının təşkili üsulları, maliyyələşmə mənbələri, xüsusi şərtləri və müddəti göstərilməklə kompleks elmi, elmi-texniki, təcrübə-konstruktor, marketinq araşdırmaları və digər işlərin aparılması planını əks etdirən sənəddir.