Beynəlxalq Kosmik Stansiyada astronavt və hərbçilər üçün xüsusi materialın sınağı keçirilir
ABŞ-ın Hərb Nanotexnologiyaları İnstitutunun mütəxəssisləri mikroskopik zərbələri “hiss etmək” imkanına malik parça hazırlayıblar. Xüsusi parçanın sınaqları Beynəlxalq Kosmik Stansiyada keçirilir.
Parçanın əsasını təşkil edən həssas liflər termik üsulla əldə edilib. Bu kimi iplər titrəməni yaxşı qəbul edir. ABŞ hərbçiləri üçün istifadə ediləcək bu material astronavtlar və kosmik toz tədqiqatçıları üçün də lazımlı vasitəyə çevrilə bilər.
İplər mexaniki titrəyişləri elektrik siqnala çevirərək mikrofon funksiyasını yerinə yetirir. Belə parçadan hazırlanmış kostyumun səs dalğaları vasitəsilə atış istiqamətini avtomatik olaraq təyin edə biləcəyi ehtimal olunur.
Parça yüksək həssaslığı sayəsində saniyədə yüz metr sürətlə hərəkət edilərsə, fərdi toz hissəciklərinin təsirlərini belə izləyə bilər. Kosmik toz məhz bu sürətlə Beynəlxalq Kosmik Stansiyanın səthinə sürətlə çırpılır, bu baxımdan kosmik tozun öyrənilməsi üçün cihazın hazırlanmasında yeni parçadan istifadə edilə bilər.
Bundan əlavə, qeyd olunan texnologiya kosmik kostyumlarda toxunma sensorlarının əsasını təşkil edə bilər.
Mənbə: vesti.ru