Yüksək Texnologiyalar Parkının baş direktorunun məqaləsi nüfuzlu “Springer” nəşriyyatında dərc olunub
AMEA Yüksək Texnologiyalar Parkının baş direktoru, professor Əbülfəz Babayevin “Neft emalı və neft-kimya proseslərinin ekoloji kibernetikası” adlı məqaləsi dünyanın nüfuzlu elmi nəşriyyatlarından olan “Springer”də “Sənayenin Avtomatlaşdırılması üçün Ağıllı Sistem” 11-ci beynəlxalq konfransının (WCIS-2020) materiallarında dərc olunub.
Məqalədə bildirilir ki, texnoloji proseslərin ekoloji kibrnetikası həm elmi, həmdə bu sahənin tədris fənni olaraq, layihələndirmə texnologiyalarının yeni texniki-proqram vasitələri ilə intensiv yeniləndiyi nano texnologiyaları ilə təkmilləşən texnoloji proseslərin tətbiqi şəraitində nəzəri biliklərinin mükəməlləşməsi ilə yanaşı, onlara ekologiya mühəndisi olaraq, layihələrin hazırlanmasına, ekoloji eksprtizasına peşakar yanaşma sərişdəsi aşılamağa imkan verəcəkdir.Məlumdur ki, texnoloji proseslərin optimal rejimdə aparilması onun ekologiyaya təsirini azaldır. Lakin bu hansı həddir sualına cavab vermir. Hesab edilir ki, texnoloji proseslərin ekoloji kibrnetikasının öyrənilməsi, mürəkkəb texnoloji, konstruktiv dizayn şəraitində aparılan texnoloji proseslərdə ekoloji səviyyənin qiymətləndirilməsınə əsas verər. Başqa sözlə hər bir optimal hesab olunan neft emalı və neft-kimya prosesləri özlüyündə tədqiqat obyekti olaraq müntəzm araşdırılmalı, istifadə olunan avadanlıqların texnoloji və koustruktiv parametirləri, prosesdə iştirak edən katalizatorlarin səmərəlilik xüsusiyyətı, istifadə olunan xammalın tərkibi, emal dərinliyi öyrönilməli, təkmilləşdirilmlş, mükəmməl mərhələlərə catdırılmalıdır. Məlumdur ki, nef emal və neft-kimya prosesləri daha mürəkkəb cevrilmələr və avadanlıqların daha mürəkkəb konstruktiv dızaın kombinasiası şəraitində aparılır və onlarin ekoloji durumunun təkmilləşdirilməsinin səmərəli yollardan biri də prosesin kibernetik əsaslarını araşdırmaqla yeni səviyyəsini müəyyən etməkdir fikri məqalədə bu istiqamətdə indiyə qədər səslənməyəy yeni yanaşma metodu olaraq təhlil edilir.
Qeyd edək ki, məqalə beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək rəy almışdır.
Məqalə haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.