Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurası ilə görüş keçirilib.

25 iyul 2018-ci il tarixində AMEA Yüksək Texnologiyalar Parkının  Beynəlxalq əlaqələr üzrə direktor muavini Məmməd Bağırzadə və Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurasının direktoru Zhao Kainin iştirakı ilə görüş keçirilmişdir.

Görüşdə Yüksək Texnologiyalar Parkının fəaliyyəti ilə bağlı Çin nümayəndə heyətinə  geniş məlumat verilmiş və gələcəkdə Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurası ilə qurulacaq əməkdaşlıqla bağlı müzakirələr aparılmışdır.


25.07.2018