1 may 2019-cu il tarixində “Marriot Abşeron Baku” otelində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun ilk iclası keçirilmişdir. İclasdan sonra kiçik və orta biznes evinin təqdimat mərasimi baş tutub.
     İclasda AMEA-nı AMEA YT Parkın İnfrastruktur üzrə direktor müavini a.e.ü.f.d. Elxan Bayramov təmsil edib.
     Kiçik və orta biznes (KOB) evləri – sahibkarlıq subyektlərinə dövlət və özəl qurumlar tərəfindən xidmətlərin vahid məkanda və əlaqələndirilmiş formada həyata keçirildiyi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin struktur bölmələridir.
     AMEA YT Parkın vergi və gömrük güzəştlərindən istifadə etmək, məhsullarını dövlət əsaslı sifarişlə satmaq və startaplara sair xidmət göstərəcək biznes ofisinin və müvafiq əməkdaşının KOB evlərində təmsil olunması nəzərdə tutulur.