AMEA RH Strateji Elmi Tədqiqatlar Mərkəzinin güc strukturları üçün icra etdiyi layihə çərçivəsində birinci mərhələ həyata keçirilib. Birinci mərhələnin tərkib hissəsini "Müxtəlif növ iri çaplı pulemyotların geri təpmə qüvvəsini ölçən stendin yaradılması" təşkil edirdi. Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi ilə birgə yerli mütəxəssislər tərəfindən yaradılan stendi yoxlamaq məqsədilə sınaq atışları həyata keçirilib. Proses müsbət nəticələr vermiş və stend öz işçi parametrlərini sınaq müddətində tam qorumuşdur. Hal-hazırda növbəti mərhələyə hazırlıq işləri aparılır və yaxın gələcəkdə yeni sınaq atışlarının keçirilməsi  nəzərdə tutulur.