Teritorial və eksteritorial rezidentlik
Image

AMEA Yüksək Texnologiya ParkıYaşıl Dəhliz buraxılış sistemi
Səlahiyyətlidir

19 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 427 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın 2.3-cü  bəndinə əsasən AMEA Yüksək Texnologiyalar Parkına Dövlət Gömrük Komitəsinin 15.07.2019-cu il tarixli 1000/205 nömrəli Sərəncamı ilə ixrac əməliyyatları üzrə  “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilmişdir.
"Yaşıl Dəhliz" buraxılış sisteminin məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir.


"Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsinə dair müraciət forması

"Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsinə dair müraciət formasının doldurulma qaydaları

"Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsinə dair müraciət üçün klikləyin

"Yaşıl dəhliz" buraxılış sistemi nəyə xidmət edir?

Daha əlverişli biznes mühiti
Daha sürətli sərhəd keçidi
Daha yüksək ixrac potensialı
Daha çevik və şəffaf gömrük nəzarəti
Qanunvericiliyə könüllü riayət


"Yaşıl dəhliz" buraxılış sisteminə buraxılış proseduru 3 pillədə:

Şəxslər elektron qaydada Dövlət Gömrük Komitəsinə müraciət ünvanlayır
Dövlət Gömrük Komitəsi müraciəti 1 ay müddətində yoxlayır
Şəxsə "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ verilir

"Yaşıl dəhliz" buraxılış sistemi xarici ticarət iştirakçılarına hansı üstünlükləri verir?

Ümumi üstünlüklər:
Sərhəd buraxılış məntəqələrindən prioritet keçid
Gömrük xidmətlərindən istifadə zamanı prioritetlik
Mimimum fiziki yoxlamalar
Gömrük ekspertizasının prioritet qaydada aparılması
Gömrük rəsmiləşdirilməsinin iş yerindən və iş vaxtından kənar aparılması
Xarici ticarət üzrə təlimlərdə iştirak

Spesifik üstünlüklər:
İdxal olunan malların şəxsin anbarına birbaşa aparılması və gömrüyə gəlmədən malların boşaldılması
Gömrüyə gəlmədən malların ixracının birbaşa öz anbarından həyata keçirilməsi
logo_ytp11.png
               www.ameaytp.az
© 2019, AMEA Yüksək Texnologiyalar Parkı

Əlaqə

+994 12 376 67 56
office@ameaytp.az
Bakı şəh, Xətai ray.
Əhmədli qəs, 622 küç, 9

Search